Qərbi Azərbaycan Xronikası: Delimitasiya Tavuşdan Zəngəzura keçdi

Daxili siyasət
  • 18 sentyabr, 2025
  • 23:55
Qərbi Azərbaycan Xronikası: Delimitasiya Tavuşdan Zəngəzura keçdi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, "Delimitasiya Tavuşdan Zəngəzura keçdi" adlı süjetdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra yekun müqavilənin nə vaxt imzalanacağı sualları ilə bağlı aparılan müzakirələrdən bəhs olunur.

Bildirilir ki, Ermənistanda gələn il Konstitusiyanı dəyişdirmək məqsədilə referendum keçiriləcək və bu addımdan dərhal sonra yekun müqavilə imzalanacaq. Beləliklə, Azərbaycan və Ermənistan arasında məhz erməni millətçilərinin əməlləri ilə başlanan münaqişə nəhayət rəsmi şəkildə sona çatacaq və Cənubi Qafqaza nəhayət sülh dövrü gələcək.

Diqqətə çatdırılır ki, Ermənistanda əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi, delimitasiya ilə bağlıdır.

Türkoloq Varujan Qeqamyan, şərhçi Arman Abovyan, Respublika Partiyasının üzvü Eduard Şarmazanov iddia edirlər ki, Zəngəzur dəhlizi ilə Azərbaycan Qərbi Azərbaycan adlandırdığı ərazilərə giriş əldə edəcək, daha sonra bu ərazilər nəzarətə götürüləcək. Azərbaycanlılar Bakının de-fakto nəzarət edəcəyi Qərbi Azərbaycana qayıdacaqlar. Ermənistanın Qərbi Azərbaycana çevrilməsi məsələsində Qərb və Türkiyə razılaşıb.

Sonda vurğulanır ki, Zəngəzur dəhlizi də açılacaq, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış da baş tutacaq və hazırda baş verənlər bizi addım-addım Zəngəzura yaxınlaşdırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Qərbi Azərbaycan Xronikası: Delimitasiya Tavuşdan Zəngəzura keçdi

Son xəbərlər

Bütün Xəbər Lenti