Çempionlar Liqası: "Arsenal" və "Bavariya" yarımfinalda
- 16 aprel, 2026
- 00:57
Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.
"Report"un məlumatına görə, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.
"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə qarşılaşıb və oyunda qapılardan top keçməyib. Lissabondakı birinci oyunda London klubu vurduğu 1 qol hesabına yarımfinala adlayıb.
"Real" isə Almaniyada "Bavariya"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:4.
Bununla da "Bavariya" və "Arsenal" yarımfinala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) – 0:0
İlk oyun - 1:0
"Bavariya" (Almaniya) - "Real" (İspaniya) – 4:3
İlk oyun - 2:1
Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.