"Çelsi" qışda fransalı futbolçunu komandadan göndərəcək

Futbol
  • 11 noyabr, 2025
  • 09:29
Çelsi qışda fransalı futbolçunu komandadan göndərəcək

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Aksel Disasi klubdan ayrılacaq.

"Report" "Foot Mercato"ya istinadən xəbər verir ki, cari mövsüm "zadəganlar"ın heyətində heç bir matça çıxmayan fransalı müdafiəçi qışda klubdan göndəriləcək.

O, son olaraq London kollektivinin gənclərdən ibarət komandasında forma geyinib. Disasinin müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Qeyd edək ki, Aksel Disasi "Çelsi"yə 2023-cü ildə transfer olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti