KİV: Husilər İsrailə və Qırmızı dənizdəki gəmilərə hücumları dayandırmağa qərar veriblər
Digər ölkələr
- 11 noyabr, 2025
- 10:58
Yəmən husiləri Qəzzada davam edən atəşkəs fonunda İsrail və Qırmızı dənizdə gəmilərə qarşı hücumları dayandırmaq qərarına gəliblər.
Bu barədə "Report" AP-yə istinadən xəbər verir.
Qeyd edilib ki, HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam Briqadaları"na ünvanlanmış məktubda husilər hücumları dayandırmaqla bağlı qərarları haqqında aydın siqnal veriblər.
"Biz hadisələrin gedişatını diqqətlə izləyirik və bəyan edirik ki, əgər düşmən Qəzzaya qarşı təcavüzünü yenidən başladarsa, biz hərbi əməliyyatlarımıza qayıdacağıq", - məktubda bildirilib.
Husilər regiondakı kampaniyalarının başa çatdığını rəsmi olaraq təsdiqləməyiblər.
Son xəbərlər
12:58
UniDestin Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək
Elm və təhsil12:53
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Region12:42
Foto
Bu gün Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulacaq
Fərdi12:35
Daşkənddə Beynəlxalq Nəqliyyat Forumu keçirilir
Region12:12
Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb
Biznes12:10
Misirdə turist avtobusu yük maşını ilə toqquşub, ölənlər var
Digər ölkələr12:06
Sabah 21 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya11:59
Azərbaycandakı BOKT-ların öhdəliklərinin məbləğinə görə renkinqi (01.01.2025)
Maliyyə11:57