"Çelsi" PSJ-dən ayrılan futbolçu ilə müqavilə imzalayır
Futbol
- 24 avqust, 2020
- 13:15
Fransa PSJ-si ilə müqaviləsi başa çatandan sonra azad agent statuslu futbolçu olan Tyaqo Silvanın yeni komandası müəyyənləşib.
"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı braziliyalı müdafiəçi İngiltərənin "Çelsi" klubu ilə 2 illik müqavilə imzalayacaq. O, Avropada daha 3-4 il oynamaq niyyətindədir.
Silva Lissabondan Parisə qayıdan kimi London təmsilçisinin baş məşqçisi Frenk Lempardla danışacaq.
Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir. Paris təmsilçisi ötən gün Çempionlar Liqasının finalında Almaniya "Bavariya"sına uduzub - 0:1.
Son xəbərlər
04:22
Vanuatu sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr03:50
Tramp: HƏMAS əsirlərin cəsədlərini qaytarmadığı təqdirdə, tədbirlər görüləcək
Digər ölkələr03:19
Norris Meksika Qran-prisinin sıralama turunda qalib olub
Formula 102:50
İstanbulun dörd rayonunda kütləvi tədbirlər bir günlük qadağan edilib
Region02:21
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl dördüncü məğlubiyyətini alıb
Futbol01:49
Aİ Rusiya üçün əsas ticarət tərəfdaşları arasında ilk üçlüyə daxil olub
Digər ölkələr01:21
Tramp Kanadaya qarşı ticarət rüsumlarının artırıldığını elan edib
Digər ölkələr01:07
Vilnüs aeroportu fəaliyyətini dayandırıb
Digər ölkələr00:49