Burak Yılmaz: "Azərbaycan xalqının bizimlə olduğunu bilirik"
Futbol
- 15 iyun, 2021
- 14:03

"Bütün Azərbaycan xalqına təşəkkür edirik. Onlar bizim qardaşlarımız və dostlarımızdır".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin kapitanı Burak Yılmaz Avropa Çempionatının A qrupunda Bakıda Uels seçməsinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
36 yaşlı hücumçu Bakıda xoş münasibət gördüklərini bildirib: "Gəldiyimiz andan bunu bizə hiss etdiriblər. Sabah öz evimizdə oynayacağıq. İtaliyada səfər matçına çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.
Son xəbərlər
19:07
Foto
Ərdoğan Omanda səfərdədir
Region19:06
Tüstüsüz transformasiya: riskdən alternativə
Biznes19:05
Mingəçevirdə 39 yaşlı kişi kanalda batıb
Hadisə18:56
Knesset İordan çayının Qərb sahilinin ilhaqı ilə bağlı layihəni ilk oxunuşda qəbul edib
Digər ölkələr18:54
Foto
Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Futbol18:48
Bakı metrosunda ölüm hadisəsi baş verib
İnfrastruktur18:47
İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
Region18:42
Litvanın müdafiə naziri vəzifəsindən azad edilib
Digər ölkələr18:40