Braziliyalı futbolçu Avropa Liqasının tarixinə düşüb

Futbol
  • 25 sentyabr, 2025
  • 09:06
Braziliyalı futbolçu Avropa Liqasının tarixinə düşüb

Fransanın "Nitsa" klubunun futbolçusu Dante UEFA Avropa Liqasının tarixinə düşüb.

"Report"un məlumatına görə, braziliyalı müdafiəçi buna İtaliya təmsilçisi "Roma"ya qarşı keçirdikləri əsas mərhələnin I turunun oyununda iştirak etməklə nail olub.

O, turnirdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Dante bunu 41 yaş, 11 ay, 6 günündə bacarıb.

Qeyd edək ki, "Nitsa" rəqibinə 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Bütün Xəbər Lenti