"Beşiktaş" Sergen Yalçınla yollarını ayıra bilər
Futbol
- 22 iyun, 2021
- 05:02
Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla yollarını ayıra bilər.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis müqavilənin yenilənməsi üçün klub prezidenti Ahmet Nur Çebi ilə görüşüb, lakin hansısa nəticə əldə edilməyib.
Bildirilib ki, Sergen Yalçının İstanbul təmsilçisində qalma ehtimalı azalıb. "Qara qartallar" baş məşqçiyə 1 illik müqavilə təklif edib. Mütəxəsssis alacağı məvacibdə və digər məsələlərdə rəhbərliklə razılıq əldə etməyib.
Ölkə çempionu Yalçınla bir daha görüşəcək. Son toplantının ardından razılıq əldə edilməsə, "ağ-qaralar" yeni baş məşqçi axtarışına çıxacaq.
Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqanı və ölkə kubokunu qazanıb.
Son xəbərlər
22:00
Premyer Liqa: "Araz-Naxçıvan"a qalib gələn "Neftçi" avrokubok zonasına bir qədər də yaxınlaşıb
Futbol21:41
Foto
Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib
Fərdi21:39
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
Digər ölkələr21:17
Azərbaycan Yüksək Liqası: "DH Volley" finala vəsiqə qazanıb
Komanda21:03
İrlandiyada bir kişi balta ilə ABŞ-nin hərbi təyyarəsinə hücum edib
Digər ölkələr20:59
Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır
Digər ölkələr20:57
KİV: İran və ABŞ arasında ekspert məsləhətləşmələri başa çatıb - YENİLƏNİB
Region20:55
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Mədəniyyət siyasəti20:47