"Barselona"nın futbolçusu Fransa yığmasının tarixinə düşdü
Futbol
- 01 aprel, 2021
- 06:36

İspaniyanın "Barselona" klubunda çıxış edən futbolçu Antuan Qrizmann Fransa millisinin tarixinə düşüb.
"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna Bosniya və Herseqovinanı 1:0 hesabı ilə yendikləri DÇ-2022-nin seçmə oyununda nail olub.
Komandasının yeganə qolunu vuran Qrizmann yığmada 35-ci dəfə fərqlənib və bu göstəricidə David Trezegeni geridə qoyub.
Fransa yığmasında bombardirlik yarışına sabiq forvard Tyerri Anri başçılıq edir - 51 qol. İngiltərənin "Çelsi" komandasında çıxış edən Olivye Jiru 44 topla ikinci, Mişel Platini isə 41 qolla üçüncüdür.
Son xəbərlər
21:47
Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə21:37
Netanyahunun ofisi Misir XİN-in bəyanatına cavab verib
Digər21:30
DÇ-2026: İslandiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
Futbol21:20
CAR hökuməti "Formula 1" Qran Prisinə ev sahibliyi etmək təklifini dəstəkləyib
Formula 121:00
Peter Siyarto: "MOL 2026-cı ildə Azərbaycanın ən böyük yataqlarından birindən qaz hasilatına başlamağa hazırlaşır"
Energetika20:57
Video
Səfir: Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
İnfrastruktur20:50
Foto
Video
Bakı Dairəvi yolda avtoqəza olub, sıxlıq yaranıb
Hadisə20:35
Fernandu Santuş milli üzvünün adını protokoldan çıxarıb
Futbol20:34