Xavi Holannın "Barselona"ya transferi üçün Almaniyaya gedib
Futbol
- 04 mart, 2022
- 06:02

İspaniya "Barselona"sının baş məşqçisi Xavi Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən Erlinq Holannla görüşüb.
"Report" "L'Esportiu" nəşrinə istinadən xəbər verir ki, Münhen şəhərindəki görüşdə 22 yaşlı hücumçunun Kataloniya təmsilçisinə mümkün keçidi müzakirə olunub.
Toplantıda klubun idman məsləhətçisi Yordi Kroyf da iştirak edib. Norveçli forvard zədəsini sağaltmaq üçün hazırda Münhendədir.
"Barselona"nın prezidenti Joan Laporta da Holannı komandada görmək istəyir və bu məqsədlə hücumçunun agenti Mino Rayola ilə bir neçə görüş keçirib.
Qeyd edək ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubları da Erlinq Holannın transferində maraqlıdır.
Son xəbərlər
03:37
ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib
Digər ölkələr03:20
Messi gənclər arasında futbol turnirinin yaradıldığını elan edib
Futbol02:57
"Taliban" yaraqlıları yenidən Pakistan qüvvələrinə hücum edib
Digər ölkələr02:25
Britaniya PUA-lara qarşı mübarizədə Moldovaya kömək edəcək
Digər ölkələr01:56
Video
Qərbi Azərbaycan Xronikası: Bazar türk tayfasına mənsub olan Bazarkənd
Daxili siyasət01:44
Tramp Kirki ölümündən sonra "Azadlıq" medalı ilə təltif edib
Digər ölkələr01:34
Hindistanda avtobusda yanğın baş verib, azı 20 nəfər həlak olub
Digər ölkələr01:20
Foto
Türkiyə və Gürcüstan prezidentləri arasında görüş keçirilib
Region01:07