Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli olub

Futbol
  • 05 noyabr, 2025
  • 10:38
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli olub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının başlama saatı və hakim təyinatları açıqlanıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma noyabrın 12-də Çexiya ilə üz-üzə gələcək.

Matçı finlandiyalı Oliver Reytala idarə edəcək.

U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüşlərə müvafiq olaraq qazaxıstanlı Sayat Karabayev və Oliver Reytala təyinat alıblar.

İlk iki matç Bakı vaxtı ilə saat 17:30-da, sonuncu oyun isə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşmalar Maltanın Ta Qali şəhərində keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti