Azərbaycanın qadınlardan ibarət millisi növbəti yoxlama oyununda da qələbə qazanıb

Futbol
  • 27 oktyabr, 2025
  • 15:13
Azərbaycanın qadınlardan ibarət millisi növbəti yoxlama oyununda da qələbə qazanıb

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib

Çimkənd şəhər stadionunda baş tutan matç millinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti