Azərbaycanın futzal millisi İslamiadadakı ikinci oyununda uduzub

Futbol
  • 06 noyabr, 2025
  • 18:42
Azərbaycanın futzal millisi İslamiadadakı ikinci oyununda uduzub

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ikinci matçında məğlub olub.

"Report"un məlumatına görə, yığma A qrupunun növbəti qarşılaşmasında Özbəkistan ilə üz-üzə gəlib.

Görüş yığmamızın 2:13 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti