Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb
Futbol
- 23 oktyabr, 2025
- 10:42

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.
Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III qrupunun oyunlarında iş başında olacaq.
K.Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Loznitsa-Qrad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Luksol St.Andreus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.
FIFA referisi oktyabrın 30-da keçiriləcək "Luksol St.Andreus" - "Loznitsa-Qrad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.
Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.
Son xəbərlər
14:22
Gələn il Naxçıvanın büdcəsi 483 milyon manatdan çox ola bilər
Maliyyə14:20
Gələn il "İctimai nəqliyyat" fonduna ayrıla biləcək vəsait açıqlanıb
Maliyyə14:17
Azərbaycanda gələn il sosialyönümlü büdcə xərcləri 17 milyard manatdan çox ola bilər
Maliyyə14:17
"Barselona" icarə əsasında komandada çıxış edən hücumçunu birdəfəlik transfer etmək istəyir
Futbol14:04
ATF-nin icraçı vitse-prezidenti beynəlxalq qurumun Baş Assambleyasında iştirak edib
Fərdi14:03
Fransanın 19 departamentində narıncı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr14:00
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 11 % azaldıla bilər
Maliyyə14:00
KİV: Hindistan ABŞ sanksiyaları fonunda Rusiya neftinin idxalını azaltmağa hazırdır
Digər ölkələr14:00