Azərbaycan yığması FIFA reytinqində irəlilədi
Futbol
- 18 fevral, 2021
- 07:57
FIFA milli komandaların 2021-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
"Report" xəbər verir ki, Azərbaycan millisi bir pillə irəliləyib.
Komanda 1180 xalla 108-ci sırada qərarlaşıb.
Yığmanın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci yerdədir. 1492 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi 1235 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.
1487 xala malik Türkiyə millisinin də mövqeyi dəyişməz qalıb və qonşu ölkə təmsilçisi 32-ci sıradadır.
Reytinqin ilk 3 pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.
Son xəbərlər
13:30
Çin ABŞ və İranı Hörmüzdə gəmilərin təhlükəsiz hərəkətini bərpa etməyə çağırıb
Digər ölkələr13:23
"Level Leasing" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə13:15
Azərbaycanda pensiya xərcləri 10 % artıb
Maliyyə13:11
Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
Daxili siyasət13:05
Ukrayna Aİ-yə inteqrasiya üzrə bütün danışıqlar fəsillərini açmağa hazırdır
Digər ölkələr13:03
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Fərdi13:03
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq
Ekologiya13:03
Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək
Digər ölkələr13:02
Video