Azərbaycan Premyer Liqasının XII turunda bu gün daha iki oyun keçiriləcək
- 22 noyabr, 2025
- 09:00
Misli Premyer Liqasında XII turun daha iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da start götürəcək. Tovuz klubu 22 xalla ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 19 xalla altıncı sıradadır.
Günün ikinci görüşündə "Qəbələ" "Zirə"nin qonağı olacaq. Bu oyun saat 17:30-da başlayacaq. "Qartallar" 20 xalla 5-ci, qonaqlar 5 xalla 11-ci sıradadır.
Misli Premyer Liqası
II dövrə, XII tur
22 noyabr
15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
"Liv Bona Dea Arena"
17:30. "Zirə" - "Qəbələ"
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.