Azərbaycan Premyer Liqasında iki oyunun təyinatları bəlli olub

Futbol
  • 17 sentyabr, 2021
  • 07:27
Azərbaycan Premyer Liqasında iki oyunun təyinatları bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun sabah keçiriləcək oyunları üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, “Qəbələ” – “Səbail” görüşü Rauf Allahverdiyevə tapşırılıb.

“Zirə” – “Sabah” matçını isə İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası, IV tur

18 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu

19:15. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.