Azərbaycan Premyer Liqası: VI tura iki oyunla yekun vurulacaq

Futbol
  • 28 sentyabr, 2025
  • 09:00
Azərbaycan Premyer Liqası: VI tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında VI tura bu gün iki oyunla yekun vurulacaq.

"Report" xəbər verir ki, əvvəlcə "Turan Tovuz" Bakıda "Kəpəz"lə üz-üzə gələcək.

"Azərsun Arena"da baş tutacaq qərb derbisi saat 16:30-da başlayacaq.

"Turan Tovuz" hazırda 9 xalla 5-ci pillədə qərarlaşıb. Xal üzünə həsrət Gəncə klubu isə sonuncu - 12-ci yerdədir.

Turun bağlanış görüşündə "Sumqayıt" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək.

"Bank Respublika Arena"dakı qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

"Sumqayıt" 10 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 7 xala malik və rəqiblərindən bir oyun az keçirən "Sabah" isə 7-cidir.

Misli Premyer Liqası

I dövrə, VI tur

28 sentyabr

16:30. "Turan Tovuz" – "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Kamran Əliyev.

Hakim-inspektor: İmanxan Sultani.

"Azersun Arena"

19:00. "Sabah" – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ramil Diniyev.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə (1:1), "Şamaxı" "Araz-Naxçıvan"la (1:1), "Neftçi" isə "Karvan-Yevlax"la (0:0) heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib.

Son xəbərlər

Bütün Xəbər Lenti