Azərbaycan Kuboku: "Zaqatala" ilə oyun "Sumqayıt" üçün əlamətdar olub
Futbol
- 30 oktyabr, 2025
- 10:01
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Zaqatala" ilə oyununda vurulan 2-ci qol "Sumqayıt" üçün əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub.
Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.
Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən "Sumqayıt" turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/2012 mövsümünün 1/16 finalında, "Lokomotiv"lə (Bakı) səfər matçında (2:0) vurulub.
Son xəbərlər
18:39
"Mançester Yunayted"in futbolçusu uzunmüddətli zədədən sonra məşqlərə başlayıb
Futbol18:35
Foto
Video
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Hərbi18:32
Foto
NATO ilə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib
Xarici siyasət18:29
HƏMAS bu gün iki israilli əsirin meyitini təhvil verəcək
Digər ölkələr18:22
Özbəkistan Türk Dövlətləri Parlament Assambleyasına üzvlüyə hazırlaşır
Xarici siyasət18:20
Rostovda həbsxanada terror aktının qarşısı alınıb
Region18:16
Dəfn olunan itkin-şəhidin anası: İndi rahat ölə bilərəm
Daxili siyasət17:58
"Lənkəran"ın baş məşqçisi: "Ordu" ilə oyunda çox top itkilərinə yol verdik"
Komanda17:57