"Atletiko" stadionda isti suyun olmamasına görə "Arsenal"dan UEFA-ya şikayət edib
Futbol
- 21 oktyabr, 2025
- 09:22
"Atletiko" (Madrid) klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan əvvəl İngiltərə təmsilçisi "Arsenal"dan UEFA-ya şikayət edib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, buna "topçular"ın "Emireyts" stadionundakı məşqdən sonra qonaq komandanın futbolçularını isti su ilə təmin etməməsi səbəb olub.
İspaniya nəhənginin oyunçuları duş ala bilməyiblər. Klub məsələ ilə bağlı stadion işçilərinə məlumat versə də, buna məhəl qoyulmayıb. Futbolçular Londonun mərkəzindəki otellərinə qayıtmağa məcbur olublar.
Qeyd edək ki, "Arsenal" - "Atletiko" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Son xəbərlər
03:33
Fransanın İdman Nazirliyi kiberhücuma məruz qalıb
Digər ölkələr03:15
ABŞ bir neçə gündə "Qızıl kart" satışından 1,3 milyard dollar əldə edib
Digər ölkələr02:52
NYT: ABŞ Suriyada İŞİD-ə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:36
Rusiya Ukraynanın Odessa vilayətindəki limana zərbə endirib, ölənlər var
Digər ölkələr02:20
İtaliya Superkubokunun finalında "Bolonya" və "Napoli" komandaları qarşılaşacaq
Futbol01:47
KİV: "Barselona" "Marsel"in yarımmüdafiəçisi Qrinvudla müqavilə imzalamaq üçün danışıqlar aparır
Futbol01:28
ABŞ Epşteyn işi ilə bağlı sənədləri yayımlamağa başlayıb - YENİLƏNİB
Digər ölkələr01:19
Avropa Komissiyası Gürcüstanla viza rejiminin ləğvini nəzərdən keçirir
Region00:21