Rusiya Ukraynanın Odessa vilayətindəki limana zərbə endirib, ölənlər var

Digər ölkələr
  • 20 dekabr, 2025
  • 02:36
Rusiya Ukraynanın Odessa vilayətindəki limana zərbə endirib, ölənlər var

Rusiya ordusu 19 dekabrda Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə zərbə endirib.

"Report"un verdiyi məlumata görə, bunuOdessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

"Bu gün axşam düşmən yenidən Odessa rayonunun liman infrastrukturu obyektinə ballistik raketlərlə kütləvi hücum edib. Zərbə nəticəsində dayanacaqdakı yük avtomobilləri yanıb. İlkin məlumata görə, təəssüf ki, yeddi nəfər həlak olub. Daha 15 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlər yaralılara bütün lazımi yardımı göstərir", - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, operativ və fövqəladə xidmətlərin işi davam edən hava həyəcanı ilə mürəkkəbləşib.

Son xəbərlər

Bütün Xəbər Lenti