"Atletiko"nun hücumçusu klubdan ayrılmaq istəyir
Futbol
- 19 avqust, 2025
- 14:31
Norveç millisinin futbolçusu Aleksander Sörlot İspaniyanın "Atletiko" klubundan ayrılmaq istəyir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu daha bir il Madrid təmsilçisinin ehtiyat hücumçusu olmaq istəmir.
Forvard baş məşqçi Dieqo Simeonenin daha çox "Napoli"dən heyətə cəlb edilən Cakomo Raspadori və Antuan Qrizmanna şans verəcəyi üçün narazıdır.
Sörlot klubdan onu transferə çıxarmağı tələb edir. "Atletiko" isə oyunçu üçün təxminən 35 milyon avro istəyəcək.
Qeyd edək ki, Aleksander Sörlot 2024-cü ilin yayında komandaya keçib. O, 54 matçda 24 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
01:38
ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb
Digər ölkələr01:01
UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olub
Futbol00:56
Əraqçi: İran Yaxın Şərqdə müharibənin dayandırılması səylərinə müsbət cavab verib
Region00:30
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Fərdi00:14
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
Futbol00:00
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Daxili siyasət23:41
Aİ-nin Nikosiya sammitinin əsas mövzuları geosiyasi vəziyyətin gərginləşməsi və çoxillik büdcədir
Digər ölkələr23:25
ABŞ Dövlət Departamenti Livana növbəti humanitar yardımın göndərilməsini təsdiqləyib
Digər ölkələr23:07