ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb
- 15 aprel, 2026
- 01:38
ABŞ Venesuela hökumətinə və bir neçə banka qarşı sanksiyaları yumşaldıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunmuş sənədlərdə bildirilir.
Sənədlərə əsasən, Vaşinqton müəyyən şərtlərlə Venesuela hökuməti ilə kommersiya müqavilələrinə icazə verib, Rusiya, İran, Şimali Koreya və Kubada yerləşən şəxslərlə əməliyyatlar, eləcə də Çin qurumları ilə əməliyyatlar qadağan olaraq qalır.
Bundan əlavə, "Banco Central de Venezuela", "Banco de Venezuela", "S.A. Banco Universal" (Banco de Venezuela) və digər banklara beynəlxalq əməliyyatlar və maliyyə xidmətlərinin göstərilməsinə icazə verilir.
Xatırladaq ki, yanvarın 3-də Amerika lideri Donald Tramp ABŞ-nin Venesuelaya genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını bildirib.
İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittiham irəli sürülmək üçün Nyu-York məhkəməsi qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və hələ də ölkəsinin prezidenti olduğunu əlavə edib. ABŞ məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verməyə razı olub.
Maduro və həyat yoldaşının ikinci məhkəmə iclası martın 26-da Nyu-York federal məhkəməsində hakim Elvin Hellerstaynın iştirakı ilə keçirilib.