Antonio Konte iki oyunluq diskvalifikasiya edilib
Futbol
- 13 yanvar, 2026
- 20:27
"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.
"Report" "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, buna 56 yaşlı mütəxəssisin İtaliya çempionatının XX turunda "İnter"ə qarşı keçirilən matçda etdiyi aqressiv hərəkətlər səbəb olub.
O, sözügedən matçda komandasının qapısına penalti təyin olunduqdan sonra su şüşəsini təpikləyib və qarşılaşmanın dördüncü hakiminə aqressiv şəkildə qışqırıb. Bu davranışlardan sonra Konte qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, Antonio Konte komandasının "Parma" və "Sassuolo" ilə matçlarını tribunadan izləməli olacaq.
Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 39 xalla üçüncü sırada qərarlaşıb.
Son xəbərlər
03:13
Paraqvayın qapıçısı Orlando Hil Fransa ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4
Futbol03:00
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
Xarici siyasət02:30
Putin və Trampın söhbətinin təfərrüatları açıqlanıb
Region01:58
Filadelfiyada ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə zaman kapsulu basdırılıb
Mədəniyyət siyasəti01:31
Televiziya rəhbərləri: "Baku TV" reytinqlərdə birinci yerdədir
Media01:10
Zelenski ilə Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər
Digər ölkələr00:39
Cesse Marş: "Uzun müddətdir məğlub olmayan güclü Mərakeşə qarşı sonadək müqavimət göstərdik"
Futbol00:37