ANAMA rəhbəri: "Son zamanlar amputant futbolu dünyada mühüm trendlərdən birinə çevrilib"

Futbol
  • 17 oktyabr, 2025
  • 12:24
ANAMA rəhbəri: Son zamanlar amputant futbolu dünyada mühüm trendlərdən birinə çevrilib

Son zamanlar amputant futbolu dünyada mühüm trendlərdən birinə çevrilib.

"Report" xəbər verir ki, bunu Bakıda təşkil olunacaq amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O, Azərbaycanın minalardan ən çox çirklənmiş ölkə olduğunu bildirib:

"Son zamanlar amputant futbolu dünyada mühüm trendlərdən birinə çevrilib. Minadan zərər çəkmiş insanların həyata bağlılığı istiqamətində mühüm addımdır. Azərbaycan millisi son zamanlar böyük uğurlara imza atıb və dünyanın ən güclü 10 komandası arasında yer alıb. Təəssüf ki, Vətən müharibəsindən sonra 409 nəfər minadan zərər çəkib. Azərbaycan dünyada mina çirklənməsindən ən çox zərər çəkmiş ölkədir. Yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıram".

Son xəbərlər

Bütün Xəbər Lenti