AFFA rəsmisi Ukrayna yığmasının oyununa təyinat alıb

Futbol
  • 25 avqust, 2021
  • 11:49
AFFA rəsmisi Ukrayna yığmasının oyununa təyinat alıb
 Frits Ştuxlik

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, avstriyalı mütəxəssis dünya çempionatının seçmə mərhələsində D qrupunun Qazaxıstan – Ukrayna oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, sentyabrın 1-də Nur-Sultan şəhərindəki "Astana Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti