AFFA İntizam Komitəsinin Premyer Liqanın VII turu ilə bağlı qərarları açıqlanıb

Futbol
  • 09 oktyabr, 2025
  • 15:33
AFFA İntizam Komitəsinin Premyer Liqanın VII turu ilə bağlı qərarları açıqlanıb

AFFA İntizam Komitəsinin Misli Premyer Liqasının VII turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarları açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

VII turun "Zirə" – "Neftçi" oyununun 90+7-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, paytaxt klubu 500 manat cərimələnib. VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə isə "Zirə" əlavə olaraq 1000 manat ziyana düşüb.

"Neftçi"də 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub. Komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə "Neftçi" 10000 manat cərimə ödəməli olacaq. Bundan başqa, oyununun 90+5-ci dəqiqəsində "Neftçi"nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubunu 5000 manat ziyana salıb.

"Sumqayıt" – "Turan Tovuz" görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün meydan sahibi klub 700 manat cərimə ödəyəcək.

"Qəbələ" – "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə alan "Şamaxı" klubuda 700 manat cərimələnib.

Son xəbərlər

Bütün Xəbər Lenti