AFFA-da Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb
- 09 sentyabr, 2025
- 18:56

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:
"Liman", "Sabah", "Şəfa", "Təhsil 8", "Ümid" , "Zaqatala".
Bununla da 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqası yarışlarında çıxış edəcək klubların sayı 12 olaraq tamamlanıb.
1. "Araz-Naxçıvan'
2. "Baku Juniors"
3. "Dirçəliş"
4. "Liman"
5. "Neftçi"
6. "Qəbələ"
7. "Sabah"
8. "Sumqayıt"
9. "Şəfa"
10. "Təhsil 8"
11. "Ümid"
12. "Zaqatala"