Nepalın hökumət sarayı yanğın nəticəsində tamamilə dağılıb

Digər
  • 10 sentyabr, 2025
  • 00:06
Nepalın hökumət sarayı yanğın nəticəsində tamamilə dağılıb

Nepalda "Sheetal Niwas" hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.

"Report" xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.

Qeyd olunub ki, yanğınsöndürmə briqadaları alovu söndürməyə belə gəlməyiblər.

"Sheetal Niwas" Asiyanın ən böyük saraylarından biri hesab olunur.

Nepalda hökumətin Facebook, X və YouTube daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.