Abramoviç futbol klublarının ən zəngin sahibləri siyahısından çıxarılıb
Futbol
- 06 aprel, 2022
- 05:50
Rusiyanın yəhudi əsilli məşhur biznesmeni, milyarder Roman Abramoviç
İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç daha ən zəngin futbol klubu sahibləri sırasında yer almır.
"Report"un məlumatına görə, 56 yaşlı funksioner "Forbes"in yeni siyahısından çıxarılıb.
Rusiya Federasiyası və prezident Vladimir Putinlə əlaqələr ucbatından tətbiq edilmiş sanksiyalar üzündən onun kapitalı 15 milyard ABŞ dollarından 6,9 milyard dollaradək azalıb.
Abramoviç Rusiyanın ən zəngin iş adamlarının siyahısında isə 12-ci yerdən 17-ci sıraya düşüb. O, ümumi siyahıda 351-cidir.
Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.
Son xəbərlər
10:04
"Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçını keçirəcək
Futbol10:03
Azərbaycan nefti yenidən bahalaşıb
Energetika09:54
Ukrayna Baş Qərargahı Rusiyanın neft obyektlərinə zərbə endirildiyini açıqlayıb
Digər ölkələr09:49
İndoneziyada şəhər şurasının binası yandırılıb, üç nəfər ölüb, 5 nəfər xəsarət alıb
Digər ölkələr09:43
Təhsil Tələbə Krediti Fondu auditor seçib
Maliyyə09:24
Son bir həftədə yaşıllıqlara 13 min manatdan çox ziyan dəyib
Ekologiya09:22
Rusiyanın daimi nümayəndəsi: MDB Azərbaycan və Ermənistanın təşkilatın işində maraqlı olduğunu görür
Xarici siyasət09:12
Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
Futbol09:12
USD - 1.700