Vizası ləğv olunan Novak Cokoviç Avstraliyadan deportasiya edilir
Fərdi
- 14 yanvar, 2022
- 08:00
Avstraliyanın immiqrasiya naziri Aleks Houk serbiyalı tennisçi Novak Cokoviçlə bağlı qərar verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı idmançının vizası ləğv olunub. Cokoviç ölkədən deportasiya olunacaq.
Houkun sözlərinə görə, qərar cəmiyyətin maraqlarına uyğun qəbul edilib. Hökumət rəsmisi bunun Avstraliyanı qorumaq məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Avstraliya sərhədçiləri Cokoviçin vizasını ləğv etsə də, o məhkəmədə apellyasiya şikayətini qazanıb. Bununla belə, ölkə hakimiyyəti tennisçini deportasiya etmək hüququnu özündə saxlayıb.
Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.
Son xəbərlər
20:47
Türkiyə XİN: Yəmənin cənubunda baş verənləri narahatlıqla izləyirik
Region20:44
Foto
"Qarabağ" qış hazırlığına start verib
Futbol20:30
Maduronun ailəsinə və nazirlərə qarşı ittihamlar açıqlanıb
Digər ölkələr20:13
Kamboca Tailandı sərhəd bölgələrindən qoşunları çıxarmağa çağırıb
Digər ölkələr20:04
KİV: İranda ərəb əsilli siyasi məhkum edam olunacaq
Region19:50
Çin ABŞ-nin Venesuelaya zərbələrini pisləyib
Digər ölkələr19:31
İranın ali rəhbəri: Etirazlar əsaslıdır
Region19:21
Lavrov Venesuelanın vitse-prezidenti ilə danışıb
Region19:15