"Qarabağ" qış hazırlığına start verib
Futbol
- 03 yanvar, 2026
- 20:44
"Qarabağ" klubu 2025/2026 mövsümünün ikinci hissəsinin hazırlığına bu gün start verib.
"Report" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Azərsun Arena"dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçib.
Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək. Toplanış çərçivəsində "Qarabağ" iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları hələ müəyyənləşməyib.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirəcək.
Son xəbərlər
17:38
Azərbaycan Rusiyada aqropark yaradacaq
Biznes17:38
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
ASK17:31
Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb
ASK17:31
Foto
Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb
Elm və təhsil17:25
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
ASK17:20
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
Mədəniyyət siyasəti17:16
Özbəkistanda qazdoldurma stansiyasında partlayış nəticəsində altı nəfər ölüb
Region17:12
"Bakcell" yeni baş icraçı direktor təyinatını elan edib
İKT17:07