Sumqayıtda Uşaq Paralimpiya Oyunları təşkil olunacaq
Fərdi
- 15 dekabr, 2025
- 12:49
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.
"Report" xəbər verir ki, dekabrın 20-də baş tutacaq yarışda 130 uşaq 8 idman növü (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparacaq.
Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.
Son xəbərlər
03:12
İtaliyalı Yannik Sinner ardıcıl ikinci dəfə "Uimbldon"un qalibi olub
Fərdi02:45
Tim Hokins: ABŞ aviasiyası İranın qanadlı raket və PUA-sını ələ keçirib - YENİLƏNİB
Region02:34
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb
Digər ölkələr02:00
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılıb
Digər ölkələr01:47
CENTCOM İrana qarşı yeni zərbələrin başladığını bəyan edib
Digər ölkələr01:37
Banqkokda barda baş verən yanğın zamanı azı 27 nəfər həlak olub
Digər ölkələr01:13
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib
Fərdi01:02
SEPAH: ABŞ-nin HIMARS raket kompleksinin döyüş sursatları məhv edilib
Region00:35