Rafael Ağayev: "Söz verirəm ki, medallarımızın sayı çox olacaq"
Fərdi
- 22 noyabr, 2021
- 10:16
"Biz komanda yarışlarında üçüncü olduq. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".
"Report"un məlumatına görə, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında komanda kumitedə bürünc medal qazanmış Azərbaycan karateçisi Rafael Ağayev İnstaqram hesabında bildirib.
75 kq çəki dərəcəsində çıxış edən idmançı qələbəni şəhidlərə, bu il dünyasını dəyişən anasına və dostu Elnurun 7 yaşında vəfat edən Ömər adlı övladına həsr edib: "Hamınızı bağrıma basıram. Gələcəkdə medallarımızın sayı çox olacaq. Buna söz verirəm".
Qeyd edək ki, dünya çempionatında həmçinin fərdi mübarizədə İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb.
Son xəbərlər
18:53
İsrail Qəzza zolağının şimalına yeni aviazərbələr endirildiyini açıqlayıb
Digər ölkələr18:43
Lukaşenko: 2026-cı ildə Aİİ-yə sədrlik Qazaxıstana keçəcək
Digər ölkələr18:27
Beyləqanda ötən ay törədilmiş qətlin üstü açılıb
Hadisə18:20
Suriyada İŞİD qruplaşmasının terrorçuları saxlanılıb
Digər ölkələr18:06
Foto
Bakıda 21 istiqamətdə tıxac var
İnfrastruktur17:50
Türkiyənin Vitse-prezidenti: Cənubi Qafqazda sabitlik yolunda addımlar regionun əməkdaşlığa yönəlmiş geosiyasi qovşağa çevrildiyini göstərir
Region17:46
Qurban Qurbanov "Qarabağ"ın futbolçusunun ölkəsindən təklif aldığını təsdiqləyib
Futbol17:31
İran və Pakistan regional məsələləri müzakirə ediblər
Region17:15