Fermerlər Makronun iqamətgahı qarşısında etiraz aksiyası keçirirlər
- 19 dekabr, 2025
- 14:18
Fransada fermerlər ölkənin şimalındakı Le-Tuke kommunasında Prezident Emmanuel Makronun iqamətgahı qarşısında genişmiqyaslı etiraz aksiyası təşkil ediblər.
"Report" BFMTV telekanalına istinadən xəbər verir ki, fermerlərə məxsus təxminən 30 traktor prezidentin ötən yay aldığı yeni malikanəsinin yaxınlığındakı sahil boyunca düzülüb.
Fermerlər hökumətin kənd təsərrüfatı siyasətindən və Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) ölkələri arasında planlaşdırılan ticarət sazişindən narazıdırlar.
"Fermerlər etiraz etmək üçün bu gün Makronun evi qarşısında toplaşıblar. Prezident bu məsələdə böyük qətiyyətsizlik göstərib", - Le-Tuke kommunasının meri Daniel Faskel MERCOSUR ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
Faskel vurğulayıb ki, MERCOSUR ilə planlaşdırılan saziş regionun kənd təsərrüfatı istehsalçılarına ciddi zərbə vura bilər.