Nəbi İsgəndərov Dünya Kubokuna qələbə ilə başlayıb
Fərdi
- 21 aprel, 2026
- 11:03
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku start götürüb.
"Report" xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov reytinq xarakterli yarışa qələbə ilə başlayıb.
70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.
İsgəndərov 1/8 finalda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Bu görüş aprelin 22-də baş tutacaq.
Qeyd edək ki, Dünya Kuboku aprelin 26-da yekunlaşacaq.
Son xəbərlər
06:08
ABŞ İraq-İran sərhədindəki məntəqəni vurub, ölənlər və yaralılar var
Digər ölkələr05:48
ABŞ Konqresi 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib
Digər ölkələr05:13
FT: Aİ Rusiya LNG-nin daşınmasına tətbiq olunan məhdudiyyətləri yumşaltmağa hazırlaşır
Digər ölkələr04:45
Əlcəzairdə meşə yanğınları nəticəsində azı 6 nəfər ölüb
Digər ölkələr04:13
ABŞ Çinin süni intellekt şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər
Digər ölkələr03:38
ABŞ və Səudiyyə Ərəbistanı arasında dinc nüvə proqramına dair saziş imzalanıb
Digər ölkələr03:00
BMT: Dünya üzrə əmtəə dövriyyəsi 12,5 faiz artıb
Digər ölkələr02:23
ABŞ rəsmisi: Nikaraqua Kuba ilə oxşar enerji böhranı ssenarisi ilə üzləşə bilər
Digər ölkələr02:20