Azərbaycan gimnastı: "III MDB Oyunlarında bayrağımızı yüksəltdiyim üçün çox sevincliyəm"
- 03 oktyabr, 2025
- 13:08

III MDB Oyunlarında qızıl medal qazanan Maqsud Mahsudov Azərbaycan bayrağını yüksəldiyi üçün çox sevinclidir.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, idmançı bunu jurnalistlərə açıqlamasında deyib.
Oğlanlar arasında fərdi yarışın qalibi olan gimnast məşqçilərinə təşəkkür edib:
"Təəssüratlarım çox gözəldir. Məşqçilərimə təşəkkür etmək istəyirəm. Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm ki bizim üçün belə bir yarış təşkil olundu. Bayrağımızı yüksəltdiyim üçün çox sevinirəm. Qızıl medal qazandım və bu mənim üçün böyük bir şeydir".
O, azarkeşlərə və anasına xüsusi minnətdarlığını bildirib:
"Tribunada anam da oturmuşdu. Ona çox minnətdaram ki, bizə dəstək oldu. Bacım Selcan Mahsudova üçüncü yeri tutdu. İkimiz də medalla qayıdacağıq. Bizə dəstək olanların hər birinə təşəkkür edirəm. Hər birinin övladlarına belə uğur qismət olsun".