Hacı Əliyev ilin ilk yarışını buraxacaq, Şərifov bir ildən sonra tatamidə
Fərdi
- 12 yanvar, 2021
- 12:05
Azərbaycanın iki tanınmış güləşçisi Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak etməyəcək.
"Report"un məlumatına görə, sərbəst güləş üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevlə yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli Fransadakı yarışa qatılmayacaq.
Əvəzində yığmanın yeni kapitanı, sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Fransaya yollanmağı planlaşdırır.
Qeyd edək ki, komandanın yarış üçün heyəti yanvarın 14-də açıqlanacaq. Qran-pri 15 - 17 yanvarda olacaq. Şərif Şərifov son olaraq 2019-cu ilin noyabrında ALROSA Kubokunda çıxış edib və gümüş medal qazanıb.
Son xəbərlər
19:44
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Daxili siyasət19:40
Foto
BMT-də Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
Mədəniyyət siyasəti19:31
Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir
Digər ölkələr19:23
KİV: Rusiya və ABŞ strateji hücum silahları ilə bağlı razılaşıb
Digər ölkələr19:15
"Fars": İranın "Xürrəmşəhr-4" hipersəsli raketləri ilk dəfə bunkerə yerləşdirilib
Region19:09
"Bavariya" futbolçusunun müqaviləsinin müddətini uzadıb
Futbol19:08
Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb
Xarici siyasət19:01
Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına buraxılıb
Hadisə18:57
Foto