KİV: Rusiya və ABŞ strateji hücum silahları ilə bağlı razılaşıb
Digər ölkələr
- 05 fevral, 2026
- 19:23
Rusiya və ABŞ Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) şərtlərinə ən azı yarım il əməl etmək barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X"dəki hesabında bildirib.
"Danışıqların praktiki nəticələri ondan ibarətdir ki, ABŞ və Rusiya sazişin şərtlərinə ən azı altı ay əməl etməyə razılaşıb, bu müddət ərzində yeni sazişlə bağlı müzakirələr aparılacaq", - o yazıb.
Qeyd edək ki, fevralın 4-5-də Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqları keçirilib. Moskva və Vaşinqton hərbi məsələlər üzrə yüksək səviyyəli dialoqu bərpa etmək barədə də razılığa gəlib.
Son xəbərlər
21:50
Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər
Xarici siyasət21:38
Çinli idmançı XXV Qış Olimpiya Oyunları zamanı xəstəxanaya çatdırılıb
Fərdi21:35
Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan imtina edib
Hadisə21:26
Foto
Güclü qar Cəlilabad və Biləsuvarda ciddi fəsadlar törədib
Hadisə21:02
"Barselona"nın hücumçusu "Atletiko"ya qarşı oyunda komandasına kömək edə bilməyəcək
Futbol21:00
Foto
Bakıda Litvanın müstəqilliyinin bərpasının 108-ci ildönümü qeyd edilib
Xarici siyasət20:54
İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
Digər ölkələr20:44
Foto
Boks üzrə Azərbaycan çempionatının üçüncü günündə 47 döyüş keçirilib
Fərdi20:44