"Formula 1"in təqvimi dəyişdi
Fərdi
- 12 yanvar, 2021
- 08:22
"Formula 1" üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.
"Report" yarışın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, mövsüm 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.
19 - 21 martda keçirilməli olan Avstraliyadakı yarış 19 - 21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16 - 18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.
Əvvəlki təqvimə görə 9 - 11 apreldə Çində yarış keçirilməli idi. "Formula 1" rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə müzakirələri davam etdirir.
Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
Son xəbərlər
01:30
Qətərin qapıçısı İsveçrə ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol01:05
DÇ-2026: Qətər İsveçrə ilə matçda məğlubiyyətdən son dəqiqələrdə qaçıb - YENİLƏNİB-4
Futbol00:33
KİV ABŞ və İran arasında imzalanacaq memorandumun təfərrüatlarını açıqlayıb
Region00:06
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
Daxili siyasət23:50
Azərbaycanın dövlət xadimi Hidayət Orucov vəfat edib
Hadisə23:38
Leysan və dolu Ankarada subasmaya səbəb olub
Region23:22
Azərbaycanın voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını keçiriblər
Komanda23:19
Rizedə itən şəxsin axtarışı zamanı AFAD əməkdaşı həlak olub
Region23:05