FIDE reytinqi: Məmmədyarov mövqeyini qoruyub, Rəcəbov geriləyib

Fərdi
  • 31 oktyabr, 2021
  • 15:31
FIDE reytinqi: Məmmədyarov mövqeyini qoruyub, Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə ilk "10-luq"da Azərbaycan təmsilçiləri yer almayıb.

Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. 2 763 xalı olan Teymur Rəcəbov isə 1 pillə geriləyərək, 13-ci sırada qərarlaşıb.

Rauf Məmmədov (2 673) 3 pilləlik geriləmə ilə 61-ci sıraya enib. 2 665 xalı olan Qədir Hüseynov 74-cü yerə geriləyib. Nicat Abbasov isə ilk "100-lüy"ü tərk edib.

Siyahıda ilk “üçlük” dəyişib. Norveçli dünya çempionu Maqnus Karlsen (2 855) əvvəlkitək birincidirsə, 2 799 xalı olan çinli Dinq Liren 2-ci pilləyə yüksəlib. Fabiano Karuana (ABŞ, 2 800) isə üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 459) 25-cı pillədəki mövqeyini qoruyub. Gülnar Məmmədova (2 395) 64-cü, Xanım Balacayeva isə (2 369) 91-cidir.