Fəridə Əzizova: "Səhər idmanı" layihəsi günə gümrah başlamaq üçün gözəl addımdır"

Fərdi
  • 04 sentyabr, 2025
  • 11:33
Fəridə Əzizova: Səhər idmanı layihəsi günə gümrah başlamaq üçün gözəl addımdır

Gənclər və İdman Nazirliyinin "Səhər idmanı" layihəsi günə gümrah başlamaq üçün gözəl addımdır.

"Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin idman səfiri Fəridə Əzizova jurnalistlərə açıqlamasına deyib.

Sabiq taekvondoçu layihəni yüksək qiymətləndirib:  

"Düşünürəm ki, bu Gənclər və İdman Nazirliyinin gözəl layihələrindən biridir. Belə tədbirlərin keçirilməsi çox yaxşı haldır. Sadə vətəndaşlar da idman hərəkətləri edərək günə daha gümrah şəkildə başlaya bilərlər. Bu kimi layihələr ona görə yaxşıdır ki, hər kəs idman edir. Həmçinin veteran idmançılar da iştirak edir. Bu, həm bədənimizin oyanması, həm də günə gümrah başlamaq üçün gözəl addımdır".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verib. Nazirliyin "Sağlam həyat" layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. 

Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və  hər kəsin günə gümrah başlamasıdır.