Fərəc Əliyev: "Əsas məqsəd "Neftçi" İdman Klubunu daha müasir və dinamik səviyyəyə qaldırmaqdır"

Fərdi
  • 05 noyabr, 2025
  • 15:57
Fərəc Əliyev: Əsas məqsəd Neftçi İdman Klubunu daha müasir və dinamik səviyyəyə qaldırmaqdır
Fərəc Əliyev

Əsas məqsəd "Neftçi" İdman Klubunu daha müasir və dinamik səviyyəyə qaldırmaqdır.

Bunu "Report"a klubun İdarə Heyəti sədrinin müavini və icraçı direktoru əvəzi təyin edilən Fərəc Əliyev deyib.

O, hazırda ciddi dəyişikliklərə ehtiyac olmadığını söyləyib:

"Əvvəla, onu qeyd edim ki, "Neftçi" İdman Klubuna yeni gəlməmişəm, artıq bir ildir burada fəaliyyət göstərirəm. Hazırda klubda hər hansı ciddi dəyişikliklərə ehtiyac yoxdur. Əsas məqsəd "Neftçi" İdman Klubunu daha müasir və dinamik səviyyəyə qaldırmaqdır. Ən vacib istiqamətlərdən biri isə idmançılarımız üçün yaradılan şəraitin təkmilləşdirilməsidir. Bu istiqamətdə hər il olduğu kimi davamlı işlər aparılacaq. Bu il də təlim-məşq bazalarının yenilənməsi, inventarların müasirləşdirilməsi və məşq prosesinin keyfiyyətinin artırılması nəzərdə tutulub".

O, əsas məqsədlərinin müasir çağırışlara səmərəli şəkildə cavab vermək olduğunu bildirib:

"Deməzdim ki, hazırda klubda xüsusi diqqət yetiriləsi ciddi problemlər var. Sadəcə, planlı şəkildə davam edən bir iş prosesi mövcuddur. Əsas məqsədimiz müasir çağırışlara vaxtında, səmərəli cavab vermək üçün bunu effektiv şəkildə həyata keçirmək, hər bir istiqamətdə nizam-intizamı, koordinasiyanı qorumaq və təkmilləşdirməkdir".

Qeyd edək ki, F.Əliyev bir neçə gün öncə "Neftçi" İdman Klubunun İdarə Heyəti sədrinin müavini və icraçı direktoru əvəzi təyin edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti