EOC Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verdi
Fərdi
- 03 may, 2021
- 05:31
Avropa Olimpiya Komitəsi (EOC) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilmiş başsağlığı mətnində 57 yaşında dünyasını dəyişən Rəhimovun Bakı-2015 I Avropa Oyunlarının əsas fiquru olduğu bildirilib.
EOC nazirin ailəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə başsağlığı verib.
Bununla yanaşı, Yunanıstan Olimpiya Komitəsi (HOC) də başsağlığı mətni yayımlayıb. HOC prezidenti Spiros Kapralos A.Rəhimovun vəfatından böyük üzüntü keçirdiyini söyləyib.
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da dünyasını dəyişib. O, ötən gün II Fəxri Xiyabanda dəfn olunub.
Son xəbərlər
13:30
Kobaxidze: Gürcüstanda işçi qüvvəsi çatışmazlığı var
Region13:26
Şəhid övladı: "Qış düşərgəsi" həm əyləncəli, həm də maraqlı keçir
Sosial müdafiə13:09
Ekspert: Tacikistan üçün Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır
Xarici siyasət13:09
Səfirlik Nəriman Axundzadəni ABŞ klubuna keçməsi münasibətilə təbrik edib
Xarici siyasət13:01
Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib
Futbol12:59
Buzovna qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Energetika12:56
Javlon Vahabov: Üç il ərzində Orta Dəhlizlə Azərbaycan ərazisindən daşımalar 90 % artıb
Xarici siyasət12:55
Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək
Fərdi12:53