Ekspert: Tacikistan üçün Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır
- 18 fevral, 2026
- 13:09
Tacikistan dünya okeanına birbaşa çıxışı olmayan digər Mərkəzi Asiya dövlətləri kimi nəqliyyat-kommunikasiya sahəsinin inkişafını strateji prioritet kimi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Avrasiya inkişafı" Mərkəzi Asiya ekspert klubunun idarə heyətinin üzvü Komroni Hidoyatzoda "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf" mövzusunda panel sessiyasında çıxışı zamanı bildirib.
"Bu aspektdə Azərbaycanla əməkdaşlıq Tacikistan üçün əsas xarici siyasət istiqamətlərindən biridir", - ekspert vurğulayıb.
K.Hidoyatzoda həmçinin xatırladıb ki, 2025-ci ilin dekabr ayının sonunda Tacikistanın "Avesta Group" şirkəti yalnız Orta Dəhlizə yönəlmiş logistika müəssisələrinin yaradılması üzrə müvafiq saziş imzalayıb: "Orta Dəhliz davamlı inkişaf alətinə çevrilməlidir".