Elmar İslam: "Azərbaycan idmançıları III MDB oyunlarında yüksək nəticələr göstərirlər"
- 27 sentyabr, 2025
- 19:18

III MDB Oyunlarında Azərbaycanın stolüstü tennisçiləri yüksək nəticələr göstərirlər.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam deyib.
O yarışın yüksək səviyyədə keçdiyini vurğulayıb:
"Yarış yüksək səviyyədə təşkil olunub. Azərbaycan Stolüstü Tennis Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birlikdə daim bu idman növünün inkişafına çalışırıq. Yarışa gəlincə, idmançılarımız yüksək nəticələr göstərirlər. Bu gün gümüş medal qazanmışdılar. Günün ikinci yarısında finala çıxan idmançılarımız oldu. Finalda yaxşı nəticələr gözləyirik. İdmançılardan razıyıq. Onur, Mərziyə, Yağmur da yaxşı çıxış edir. Bütün idmançılardan yaxşı nəticələr və qızıl medal gözləyirik".
Qeyd edək ki, III MDB Oyunlarında stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.