Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb
Fərdi
- 25 oktyabr, 2021
- 19:24
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürüb.
"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın bir təmsilçisi rinqə çıxıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 finalda kubalı Osvel Kaballero Qarsia ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə uduzan idmançı mübarizəni dayandırıb.
Azərbaycan millisi yarışa 9 boksçu ilə yollanıb.
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.
Son xəbərlər
11:05
Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro: "Karyeramın ən yaxşı günlərindən birini yaşadım"
Futbol10:57
Azərbaycanın 5 ayda metanol istehsalının həcmi açıqlanıb
Energetika10:56
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Hadisə10:40
Foto
Video
Qaradağda anbarın fəaliyyəti dayandırılıb
Hadisə10:38
Foto
Kişineuda Müslüm Maqomayevə həsr olunmuş "Sevgi və dəniz" adlı gecə keçirilib
Mədəniyyət siyasəti10:37
Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY
Daxili siyasət10:18
Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
Digər ölkələr10:18
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Energetika10:13