Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu bu gün mübarizə aparacaq
Fərdi
- 17 iyun, 2023
- 05:10
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
“Report”un məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.
Onların hər biri 1/16 finaldan yarışa qoşulacaq.
73 kq çəkidə Telman Vəliyev Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.
81 kq çəkidə Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Həmin çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Son xəbərlər
05:49
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqladı
İdman05:14
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
Region04:41
ABŞ Mərkəzi Komandanlığı: Gəmilər Hörmüz boğazından keçir
Region04:20
"Rystad": Neft qiymətləri 150 dollara qədər yüksələ bilər
Energetika03:55
Tramp İrana qarşı yeni güclü hücumların baş verə biləcəyini açıqlayıb
Digər ölkələr03:50
Mikayıl Cabbarov: "Yaxın aylarda dünyanın tanınmış texnoloji tərəfdaşları ilə yeni data mərkəzlərinin anonsları veriləcək"
İKT03:39
"Axios": Tramp İrana qarşı genişmiqyaslı əməliyyatı nəzərdən keçirib
Region03:04
Hörmüz boğazı bağlanıb, SEPAH artıq iki gəmini vurub
Region02:47