"Rystad": Neft qiymətləri 150 dollara qədər yüksələ bilər

Energetika
  • 11 iyun, 2026
  • 04:20
Rystad: Neft qiymətləri 150 dollara qədər yüksələ bilər

İran və ABŞ arasında gərginliyin artması aprel atəşkəs razılaşmasını təhlükə altına qoyub və tammiqyaslı döyüşlər yenidən başlasa, neftin qiyməti bir barel üçün 150 dollara yaxınlaşa bilər.

"Report" xəbər verir ki, bu barədə "Rystad Energy" konsaltinq şirkətinin geosiyasi təhlil şöbəsinin müdiri Xorxe Leon bildirib.

"Əvvəlki qiymətləndirməmizlə müqayisədə yaxın müddətdə razılığa gəlmə ehtimalı 40% azalıb. Vəziyyət getdikcə qeyri-müəyyənləşir və növbəti bir neçə gün diplomatiyanın yenidən üstünlüyü əldə edə biləcəyini və ya münaqişənin daha uzunmüddətli eskalasiya mərhələsinə girəcəyini anlamaq üçün çox vacib olacaq", - deyə ekspert bildirib.

"Rystad Energy" şirkətinin qeyd etdiyi kimi, bu qeyri-müəyyənlik neft qiymətlərinin dinamikasında əks olunub: "Brent" markalı xam neft fyuçers müqaviləsinin qiyməti 10 iyunda kəskin şəkildə artaraq barrel üçün təxminən 94,5 dollara çatıb, daha sonra isə düşərək barrel üçün təxminən 93 dollar səviyyəsinə qayıdıb.