Boks üzrə dünya çempionatının yeri və vaxtı açıqlanıb
Fərdi
- 02 oktyabr, 2021
- 11:19
Qadınlar arasında boks üzrə dünya çempionatının yeri və vaxtı müəyyyənləşib.
"Report" Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış dekabrın əvvəlində Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Dəqiq tarixlər daha sonra açıqlanacaq.
AİBA prezidenti Umar Kremlev mükafat fondunun kişilərin turniri ilə eyni olacağını bildirib: "Mundialın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Birinci yerin sahibi 100 min, gümüş medalçılar 50 min, bürünc medal qazanan boksçu isə 25 min dollar əldə edəcək".
Qeyd edək ki, kişilər arasında dünya çempionatı 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.
Son xəbərlər
15:40
AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb
Digər15:38
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Maliyyə15:33
Pinyo: Aİ Britaniya ilə birgə sammit keçirilməsi planlarını nəzərdən keçirir
Digər ölkələr15:30
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
Hadisə15:28
Foto
Zaqatalada güclü külək ciddi fəsadlar yaradıb
Hadisə15:25
Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Daxili siyasət15:24
Vens: İran AEBA müfəttişlərini ölkəyə dəvət etməyə razılıq verib
Digər ölkələr15:20
Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin fəallaşdırılması təklif olunub
Xarici siyasət15:18